"Ezel"in aktyoru azərbaycanlı aktrisa ilə evləndi

Day.Az представляет новость на азербайджанском языке

"Ezel" serialından tanınan aktyor İsmayıl Filiz uzun müddətdir münasibətdə olduğu azərbaycanlı aktrisa Nuranə Bagiyeva ilə ailə qurub.

Day.Az axşam.az-a istinadən bildirir ki, cütlüyün toyuna ailəvi dostları və yaxın dostları qatılıb.
 
Qeyd edək ki, Nuranə Bagiyeva 5 ildir Türkiyədə yaşayır. O, 1987-ci ildə Bakıda anadan olub. "Adını Feriha koydum" serialında Aynur, "Lale devri"ndə Eda obrazlarını canlandırıb. "Göç zamanı", "Ezra" seriallarında da çəkilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.