Güclü külək Saxalini işıqsız qoydu

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın Saxalin vilayətində güclü külək və qar yağması nəticəsində 5,5 minə yaxın sakin işıqsız qalıb.

Trend-in məlumatına görə, kəskin hava şəraiti ilə əlaqədar vilayət ərazisində elektrik verilişində fasilələr yaranır.

Qeyd olunur ki, Yujno-Saxalinsk, Makarov şəhərlərinin və daha 4 qəsəbənin sakinləri işıqsız qalıb.

Elektrik təchizatının bərpa olunması üçün 4 briqada cəlb edilib. Hazırda bölgədə havanın -4 dərəcə təşkil etdiyi bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.