Qazaxıstan BTQ ilə daha bir yük qatarını Türkiyəyə yola saldı

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan keçməklə Qazaxıstandan daha bir yük qatarı Türkiyəyə yola salınıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Kostanay vilayətindən buğda daşıyan qatar bir neçə gün əvvəl Mersin limanına yola düşüb.

Qeyd olunur ki, ümumilikdə Türkiyyə 1,5 min ton buğda daşıyan 72 vaqon yollanacaq: "Kostanaydan Türkiyəyə birbaşa yük marşrutunun açılması qazaxıstanlı sahibkarlar üçün böyük imkanlar yaradır. Gələcək bu istiqamətdə noxud, mərci və digər kənd təsərrüfatı məhsullarının yola salınması planlaşdırlır."

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin oktyabrında işə salınıb. Açılış mərasimi oktyabrın 30-u Bakıda baş tutub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.