3 həftə əvvəl ana olan müğənni öldürüldü - FOTO

Day.Az представляет новость на азербайджанском языке
Diş həkimi 3 həftə əvvəl doğum edən model xanımını öldürüb, sonra da intihar edib.
Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovda 3 həftə əvvəl doğum edən model Anastasia Cecati həkim əri tərəfindən bıçaqlanaraq öldürülüb.
31 yaşlı xanımını qətlə yetirən Alexei Mitachi daha sonra yaşadığı binanın 7-ci mərtəbəsindən atlayaraq canına qəsd edib.
Xilasetmə dəstələri Anastasiyanın evindən onun qanlı cəsədini və 20 günlük körpəsini tapıblar. Körpə xəstəxanaya çatdırılıb.
Anastasiya 16 yaşından modellik edir. Həmçinin müğənnilik və aktrisalıq ilə məşğul olan Anastasiya GQ, Playboy və Maxim kimi jurnallar üçün fotosessiya da etdirib.
"Las Fierbinti" serialına çəkilən Anastasiya Rumanyadakı "Romania's Euro Sexy" müsabiqəsində ikinci yer tutub.
Anastasiya ötən il stomotoloqa gedəndə Aleksey Mitaçi ilə tanış olub və onlar ailə qurublar.
Aleksey model ilə evlənəndə onun birinci xanımından 4 yaşlı övladı olub.
Milli.Az Anastasiya və Alekseyin fotolarını təqdim edir:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре