Bankdan kredit götürənlərə VACİB XƏBƏR - VİDEO
Day.Az представляет новость на азербайджанском языке.
Azərbaycanda banklar kredit şərtlərini nə qədər sərtləşdirsələr də, hələ də kifayət qədər insan kredit almaqda davam edir. Ancaq bir məsələ də var ki, bir çoxları hələ də kredit alanda öz imkanlarını düzgün qiymətləndirə bilmirlər və nəticədə sonradan çətin vəziyyətə düşürlər. Bəs bu qiymətləndirməni necə aparmaq lazımdır? Mütəxəssislərdən öyrənək.
Bu cür hallardan sığortalanmaq üçün ilk olaraq chr("39")chr("39")Mənim nə qədər borc almağa gücüm çatar?chr("39")chr("39") sualına cavab vermək lazımdır. Bununla da hər ay ödəniş edə biləcəyiniz məbləğ əvvəlcədən ölçüb-biçilməlidir. Bu hesablamaları apararkən özünüzlə dürüst olmağınız da vacibdir. Yəni gəlirlərinizi şişirtməyin, xərcləri real əks etdirin. Eyni zamanda gəlirləri aşağı rəqəmə yuvarlaqlaşdırın, xərcləri isə yuxarı rəqəmə.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, mütəxəssislər deyirlər ki, aylıq kredit ödənişləri sizin aylıq qənaət etdiyiniz məbləğin 70%-dən çox olmamalıdır. Bu nə deməkdir? Məsələn gəliriniz - 1000 manatdır və aylıq xərcləriniz isə - 800 manatdır. Bu o deməkdir ki, qənaət etdiyiniz məbləğ - 200 manat təşkil edir. Deməli, kreditə görə ödəyə biləcəyiniz maksimal ayliq məbləğ - 140 manatdır, yəni 200-ün 70 faizidir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре