Azərbaycanda toyda qan töküldü

Day.Az представляет новость на азербайджанском языке.
Ötən gün axşam saatlarında Şabran rayonunun Padar kəndində keçirilən toy mərasimində bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1970-ci il təvəllüdlü rayon sakini Zülfüqar Əlyulla oğlu Cəfərov qarın boşluğundan bıçaq zərbəsi alıb. Şabran Rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi Qürbət Niftəliyev "Report"a bildirib ki, bıçaqlanan şəxs yol kənarından tapılıb.
İlkin məlumatlara görə, o toyda bıçaqlandıqdan sonra yol kənarına atılıb. Dərhal cərrahiyə otağına alınan Zülfüqar Cəfərovun vəziyyəti orta ağırdır.
Hadisə yerinə Şabran Rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре