Kredit alanlar üçün

Day.Az представляет новость на азербайджанском языке

Bu testlər problemli kreditlərin sayını azaldacaq

"Xəzər xəbərin"-in məlumatına görə, bir çox insanın yaşadıqları problemlərdən biridə aldıqları krediti qaytara bilməməsi ilə bağlıdır. Ekspertlər hesab edirlər ki, lazım oldu olmadı insanlar kredit götürürlər. Bu isə öz növbəsində sonradan onlar üçün problemə səbəb olur. Bunun qarşısını almaq üçün isə maraqlı bir təklif irəli sürüblər.

Müəyyən ehtiyyacları ödəmək üçün bankalara müraciət edib kredit alırlar, daha sonra isə ödəyə bilməyib problemlərlə qarşılaşırlar. Bu isə öz növbəsində banklarda problemli kreditlərin artmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün isə ekspertlər maraqlı bir təklif irəli sürüblər.

Təklifə görə  kredit alan şəxslər psixoloji testlərdən keçməlidir. Psixoloq Elnur Rüstəmovun  sözlərinə görə bir çox insanlar öz komfortunu nəzərə alaraq kredit götürür. Yəni lazım oldu,olmadı kreditə qaçırlar.Bu testlər isə lazımsız kreditlərin verilməməsinə gətirib çıxaracaq.

Psixoloqun sözlərinə görə banka kredit götürməyə gələn şəxs narkotik istifadəçisi, alkoqolizm düşkünü, müflis olmuş şəxs də ola bilər. Bunu müəyyən etmək üçün ilkin psixoloji testlərə ehtiyac var. Və bu məlum olandan sonra kredit haqda yenidən düşünüb və onun maddi durumunu analiz edib büdcəsinə və gəlirinə uyğun kredit vermək lazımdır. Bu isə öz növbəsində problemli kreditlərin sayının azalmasına gətirib çıxarar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.​
Kredit alanlar üçün ÖNƏMLİ XƏBƏR