Azərbaycanın Türkiyədəki Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır

Ankara şəhərində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.