Azərbaycanın meyvə-tərəvəzləri Rusiyanı narahat edib

Day.Az представляет новость на азербайджанском языке
Rusiya Federasiyasının "Rosselxoznadzor"u Ermənistandan və Azərbaycandan gələn meyvə-tərəvəzlərin artmasına görə narahatdır.
Day.Az anspress-ə istinadən bildirir ki, adıçəkilən idarə Rusiyada Azərbaycan səfirliyinin ticarət məsələləri üzrə məsləhətçisi Şövqi Mehdizadə və Ermənistanın ticarət üzrə nümayəndəsi Karen Asoyanla telekonfrans keçirib.
Şövqi Mehdizadə bildirib ki, Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin ixracının artmış həcmi Rusiya bazarında əvvəllər həmin yeri tutmuş Türkiyə məhsullarının yerinə Azərbaycandan əlavə məhsulların cəlb olunması ilə bağlıdır. Ticarət məsələləri üzrə məsləhətçi, həmçinin qeyd edib ki, onlar yoxlamalar üçün "Rosselxoznadzor" nümayəndə heyətini qəbul etməyə hazırdırlar.
Ermənistanla analoji danışıqlarda isə Rusiya idarəsinin nümayəndələri kələmin və başqa tərəvəzlərin çatdırılmasının 8 qat, almanın isə 4 qat artımına da diqqəti yönəldiblər.
Karen Asoyan vurğulayıb ki, Ermənistan üçün 2015-ci il çox məhsuldar il olub.
Bir müddət əvvəl də Rusiya Federasiyasının "Rosselxoznadzor" idarəsi Azərbaycandan Rusiyaya ixrac olunan pomidorun həcminin 5 qat artmasından narahat olduğunu vurğulayıb. Buna cavab olaraq Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib ki, Rusiyaya ixrac olunan məhsulların hamısı Azərbaycan mənşəlidir.
Türkiyədən Rusiyaya bitki və digər məhsulların ixracına 2016-cı ilin yanvarın 1-dən qadağa qoyulub. İki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb isə ötən ilin noyabr ayında Türkiyənin Rusiyaya məxsus"Su-24" hərbi təyyarəsini vurması olub. Türkiyə tərəfi təyyarənin hava məkanını pozduğunu bildirib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре