Cərimə söhbəti həkimləri razı salmadı

Day.Az представляет новость на азербайджанском языке:
Azərbaycanda ixtisaslaşmış tibbi yardımı düzgün şəkildə həyata keçirməyən həkimlər cərimə ediləcəklər. Bu, İnzibati Xətalar Məcəlləsinin vətəndaşların hüquqlarının pozulması haqqında 215-ci maddəsinə yeni məzmunda 215.3-cü bənddə nəzərdə tutulur. in əlavə edilməsi təklif olunub. Əlavəyə əsasən, ixtisaslaşmış tibbi yardımın "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda nəzərdə tutulan qaydada göstərilmədiyinə görə 500 manat məbləğində cərimə nəzərdə tutulur.
Adi vətəndaşlar bu dəyişikliyi razılıqla qarşılasalar da, əksər həkimlər bunu onlar üçün əlavə "baş ağrısı" hesab edirlər. Paytaxt sakini Ceyhunə Mirzəxanova hesab edir ki, həkimlərin cərimələnməsi onların öz işlərinə olan məsuliyyəti artıracaq: "Bəzən həkimlər rahat müalicə olunan xəstəliyə düzgün diaqnoz qoymadıqları, düzgün müalicə etmədikləri üçün xəstəni ölümcül vəziyyətə salırlar. Xəstələrə həkimlərə etibar etmək çox çətindir. Düşünürəm ki, həkimlərin cərimə olunması xəstələrə öz hüquqlarını müdafiə etməyə kömək edəcək".
Həkim terapevt Hüseyn Mehdiyevə görə isə həkimlərin cərimələnməsi müsbət nəticə verməyəcək: "Həkim müraciət edən xəstənin vəziyyətinə uyğun müalicə yazır. Lakin müalicənin üstündən bir-iki ay keçəndən sonra xəstə ya müalicəsini davam etdirmədikdə, ya da hansısa başqa səbəblərlə bağlı vəziyyəti pisləşəndə həkimlərin cərimələnməsi qanunu həkimləri şantaj etmək üçün əllərinə fürsət verəcək. Xəstələr yalandan başlayacaq ki, həkimin müalicəsi nəticəsində vəziyyətim ağırlaşdı və s. Müalicə üçün çəkdiyi xərcləri həkimə hədə-qorxu gəlməklə almağa çalışacaqlar. Həkimləri şantaj edəcəklər ki, pul verməsən, şikayət edəcəyəm. Bu, bəzi insanlar üçün əla fürsət olacaq".
Həmsöhbətimiz hesab edir ki, bu dəyişikliyin məqsədi əslində həkimləri şantaj etməkdədir. "Pul qazanmaq üçün bundan istifadə edənlər çox olacaq. İnanmıram ki, bu qanun müsbət tərəfə işləsin".
Onun dediyinə görə, həkim ixtisaslaşmış yardımı düzgün göstərməlidir: "Əgər həkim ixtisaslaşmış yardımı düzgün göstərə bilmirsə, niyə həkim işləyir? Niyə tez-tez sertifikasiyadan da keçə bilir? Keçə bilməsin də sertifikasiyadan! Həkim öz işinə vicdanla yanaşmalıdır. Ən azından qarşısındakına özünün doğması kimi baxmalıdır. Xəstələrlə ən çox ünsiyyətdə, təmasda olan elə həkimlərdir. Lakin həkimlərin ünvanına düz oldu-olmadı, müxtəlif mənfi məzmunlu fikirlər deyilir. Həkimlərin adı rüşvət almaqda tez-tez hallandırılır. Ancaq milyonlarla rüşvət alanların adları çəkilmir".
Tibbi sahəsi üzrə ekspert Adil Qeybulla da həkimlərin cərimələnməsinə mənfi münasibət bəsləyir. O da hesab edir ki, burada sui-istifadə hallarına yol verilə bilər. "Qəfil bu cür qərarlar çıxır, birmənalı nəsə demək çətindir. Amma hesab edirəm ki, bu məsələ dünyada necə müzakirə olunursa, bizdə də o cür olmalıdır".
Müsahibimiz həkimlərin cərimələnməsi ilə ölkədə səhiyyənin səviyyəsinin yüksələcəyini, tibbi xidmətlərin keyfiyyətinin artacağını düşünmür. "Daha adekvat və daha düzgün qərarlar lazımdır. Biz dünyanın getdiyi yolla getməliyik. Kim müəyyən edəcək ki, həkim işini düzgün yerinə yetirib, ya yox. Təbii ki, Azərbaycan kimi yerdə bu qərəzli münasibət, seçmə münasibət və s. kimi özünü göstərəcək".
Onun sözlərinə görə, birinci növbədə protokollar, konkret meyarlar lazımdır ki, o meyarlarla həkimin hansı hallarda cərimələnəcəyi müəyyən olunsun. "Mən bu qərarı alqışlamıram. Hesab edirəm ki, səhiyyə ondan bir fayda görməyəcək".
"Ekspress" qəzeti
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре