Ali Məhkəmədə Asif Yusiflinin kasassiya şikayətinə baxılacaq

Day.Az представляет новость на азербайджанском языке
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Asif Yusiflinin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasassiya şikayətinə baxılacaq tarix müəyyənləşib.
Bu barədə Trend-ə açıqlamasında A.Yusiflinin vəkili Fəxrəddin Mehdiyev bildirib.
Vəkil bildirib ki, kasassiya şikayətinə Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə aprelin 29-da baxılacaq.
Xatırladaq ki, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü A.Yusifli Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) təqsirləndirilib. Ona qarşı ittiham zərərçəkən Fəridə Zülfüqarovanın şikayəti əsasında irəli sürülüb. A.Yusifli F.Zülfüqarovanın 6500 manat pulunu mənimsəməkdə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənim hökmünü Bakı Apelyasiya Məhkəməsi 2015-ci il oktyabrın 9-da çıxardığı qərarla qüvvəsində saxlayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре