59 yaşlı kişi çaya düşüb

Day.Az представляет новость на азербайджанском языке

Masallı rayonunda 1 nəfər çaya düşüb.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kosakür kəndində qeydə alınıb.

Ərkivan qəsəbə sakini, 1957-ci il təvəllüdlü Abbasov Etibar Abbas oğlu ehtiyatsızlıqdan çaya düşüb.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və E.Abbasovun axtarışlarına başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.