Azyaşlı uşağın əli ətçəkən maşında qaldı

Day.Az представляет новость на азербайджанском языке

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda 1 azyaşlının əlinin ətçəkən maşında sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən Day.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlının əlini məişət avadanlığından çıxarıblar. Azyaşlı aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat 16:30-da başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.