Yayda dərinizə canlılıq qazandırın

Day.Az представляет новость на азербайджанском языке

Yay aylarında dərimizə daha çox diqqət etməyə  başlayırıq. Səbəbi isə soyuq mövsümdən çıxmağımızdır. Bəllidir ki, soyuq dərimizi qurudur və nəticədə dərimiz nəmsiz qalır. Buna görə edəcəyimiz üz maskaları dərimizin parlaqlığını, sağlam görünüşünü geri verəcək. Üz maskasından sonra dərimizdə qan dövranı yaxşılaşır, dəriyə təzəlik verir və gənc bir görünüş bəxş edir. Unutmayın ki, üz maskalarını həftədə bir dəfə etmək daha məsləhətdir. Çünki çox tətbiq etmək dərini qurudur.

Dəridə yaranan yeni ləkələr üçün:

1 xörək qaşığı düyü

1 stəkan süd

Bunları bişirib yaxşıca süzün. Hər gecə üzünüzə bunu sürtdüyünüzdə gözəl nəticələr əldə edə bilərsiniz.

Avokado maskası:

Üzümüzdə qış aylarının qalan təsirini təmizləmək üçün ideal bir maska:

1 avokado

2 damcı zeytun yağı

5-6 damcı limon suyu

Avokadonu pürə halına gətirin. İçinə zeytun yağı və limon suyu əlavə edin. Üzünüzə sürtüb 10 dəqiqə gözləyin.

Yağlı və normal dərilər üçün

Bu maska dərini təmizləyir, yağ nisbətini tənzimləyir və hüceyrə yenilənməsini təmin edir.

1 yemək qaşığı bal

1 yemək qaşığı limon suyu

Yarım yemək qaşığı süd

Bunları qarışdırıb 2 həftədən bir tətbiq edin.

Dəriyə canlılıq verən maska

Bu maska ilə dərinizdəki solğun rəng gedəcək, daha canlı bir rəng alacaq.

Yarım banan

1 çay qaşığı bal

1 limon qabığı

Limon qabığını rəndələyin, daha sonra banan və bal ilə qarışdırıb üzə çəkin və ən çox 20 dəqiqə sonra ilıq su ilə yuyun.

lent.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.