Azərlə Mətanət birləşdilər

Day.Az представляет новость на азербайджанском языке.

Mətanət Əliverdiyevanın ATV-də yeni verilişi bəlli oldu.

Publika.az xəbər verir ki, telejurnalist "Onlar" verilişinə açıqlamasında yeni televiziya layihəsindən danışıb. Onun sözlərinə görə, o, bu mövsüm canlı efirdə tək olmayacaq. Belə ki tamaşaçı qarşısına Azər Axşamla birlikdə çıxacaq.
 
Veriliş həftəiçi 5 gün, saat 19:00-dan 21:00-a kimi davam edəcək.
 
Teleaparıcı Azər Axşam isə əlavə edib ki,"Qız atası" teleserialında tərəf-müqabil olduqları üçün birgə işlərinin çox yaxşı alınacağından əmindir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.