Bakı metrosunda işləmək istəyirsinizsə...

Day.Az представляет новость на азербайджанском языке.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti işçi axtarır. Qurumun mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumata görə, hərəkət Xidmətinə baş xəzinədar, xəzinədar və avtomatik buraxılış məntəqələrinin nəzarətçisi peşələri üzrə işə qəbul elan edir.
Tələblər;
• Yaş: 25 - 45
• Təhsili: Orta təhsil, Orta ixtisas və ali təhsili olanlara üstünlük verilir (İqtisadi sahələr üzrə)
• Dil bilikləri: Azərbaycan dili - Əla, rus dili bilənlərə üstünlük verilir
• İş yeri: Bakı şəhəri.
İş Haqqında qısa məlumat; 1. İş qrafiki: 12 saatlıq iş qrafiki tətbiq olunur. İşçi əmək fəaliyyətinə səhər saat 08:00-da başlayır və uyğun olaraq axşam saat 20:00 - da işini bitirir. O biri gün isə axşam saat 20:00-dan başlayır səhər saat 08:00 - da işini bitirir.
Növbəti iki gün istirahət günü.
2. İşçilərin aylıq əmək haqları: Orta əmək haqqı 250 manat. (Gecə və gündüz növbələrindən asılı olaraq əmək haqqı daha çox ola bilər.)
Məlumat Anketlərinizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz. Məlumat Anketlərinizi göndərərkən; • Mövzu yerinə peşənin adını yazın.
• Əvvəlki iş yerlərinizdəki iş öhdəliklərinizi ətraflı qeyd edin.
• Azərbaycan dilində göndərin.
Milli.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре