Hicablı qadını araq paylamadığına görə qovdular - FOTO Day.Az представляет новость на азербайджанском языке:

Müsəlman stüardessa, amerikalı Çari Stenli ABŞ-dakı "ExpressJet Airlines" aviaşirkətindən qovulub.

Milli.Az CNN-ə istinadən bildirir ki, onun işindən kənarlaşdırılmasının səbəbi uçuş zamanı spirtli içkilər sifariş edən sərnişinlərə xidmətdən boyun qaçırması olub.

Sentyabrın əvvəlində Ç.Stenli çalışdığı şirkətdə ayrı-seçkiliyiə məruz qaldığını bildiriərək Məşğulluq və Bərabər İmkanlar Agentliyinə (Equal Employment Opportunity Commission, EEOC) şikayətlənib.

"ABŞ kimi demokratik ölkədə kimsə din və karyera arasında seçim qarşısında qalmamalıdır", - hicablı xanım deyib.

Ç.Stenlinin vəkili Lena Massi Amerika-İslam Münasibətləri Şurasında (Council on American-Islamic Relations) çıxış edərkən söyləyib ki, iş yerləri sahiblərinin birbaşa vəzifəsi təhlükəsiz şəraitin təminatıdır: "Belə şəraitdə əməkdaşlar özlərini rahat hiss etməli, öz dinlərinə sitayiş etməlidirlər və işdən çıxarılmaqdan qorxmamalıdırlar".

"ExpressJet" şirkəti Ç.Stenlini avqustun 25-də işdən kənarlaşdırıb və başqa iş yeri axtarmağı məsləhət bilib. Şirkətin mətbuat katibi Stenlinin şikayətinə baxmaq da istəməyib.

3 il əvvəl "ExpressJet Airlines"də işləməyə başlamış Çari Stenli iki il əvvəl İslamı qəbul edərək müsəlman olub.

Böyütmək üçün klikləyin: