Məşhur buğa festivalı başlandı: 5 nəfər yaralanıb

Day.Az представляет новость на азербайджанском языке

İspaniyanın Pamplona şəhərində 8 əsrdən bəri hər il keçirilən "Sanfermines" festivalı başlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şəhər küçələrinə buğaların buraxılması və onların qarşısında insanların qaçması nəticəsində bir nəfəri buğa buynuzlayıb, 4 nəfər xəsarət alıb.

"Sanfermines" festivalında hər il təxminən 2 min nəfər şəhər küçələrindən biri ilə 875 metrlik məsafəni qaçırlar.

1910-cu ildən bəri festivalda 16 nəfər həlak olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Məşhur buğa festivalı başlandı