https://news.day.az/azerinews/1314540.html
Qaxda güclü külək çinar ağacını qırıb, fiber-optik kabel zədələnib
Qaxda güclü külək çinar ağacını qırıb, fiber-optik kabel zədələnib

Fevralın 7-də saat 21:35 radələrində Qax rayonunda güclü külək səbəbindən Mərkəzi Elektron ATS-dən 3 km. məsafədə çinar ağacı qırılaraq fiber-optik kabeli zədələyib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Day.Az-а bildirilib ki, nəticədə rayonun Qaşqaçay, Əmbərçay kəndlərində rabitə və internetin, Zaqatala və Balakən rayonlarında isə internetin verilməsində problemlər yaranıb.
Kabel Magistral Texniki Qovşağının mütəxəssislərinin müdaxiləsilə problem səhər saat 04:20-də aradan qaldırılıb. Zədələnmiş kabelin tam şəkildə bərpası üçün hazırda həmin ərazidə işlər yekunlaşmaq üzrədir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре