https://news.day.az/azerinews/1331151.html
Azad edilmiş ərazilərdə 18 nəfər minadan həlak olub, 32 nəfər xəsarət alıb - Agentlik
Azad edilmiş ərazilərdə 18 nəfər minadan həlak olub, 32 nəfər xəsarət alıb - Agentlik

Ermənistanın mina xəritələrini təqdim etməməsi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə daha çox vaxt və vəsaitin xərclənməsinə səbəb olur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Poladov Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.
O qeyd edib ki, tank və piyada əleyhinə minalar əsas təhlükə mənbəyidir:
"İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi barədə xəbərdarlıq üçün minlərlə bilbordlar quraşdırılıb. Həmin ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər həyatını itirib, 32 nəfər isə xəsarət alıb".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре