“Ziraat Bank Azərbaycan”-da yeni təyinat (R)

Türkiyənin ən böyük bankı olan "Ziraat Banka"sının Azərbaycandakı törəməsi - "Ziraat Bank Azərbaycan" ASC-nin idarə heyətinə yeni üzv təyin edilib. 13 illik bank təcrübəsinə malik Seymur Əliyev 18.05.2021-ci il tarixindən etibarən İdarə Heyətinin üzvüdür.
Qeyd edək ki, Seymur Əliyev bank sahəsində əmək fəaliyyətinə 2008-ci ildən başlamış, 8 ilə yaxın Azərbaycan Respublikası Mərkəzi Bankında, daha sonra Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında fərqli vəzifələrdə çalışmışdır.
2020-ci il avqust ayından etibarən "Ziraat Bank Azərbaycan" ASC-də Risklərin İdarəedilməsi departamentinə rəhbərlik edir.
"Ziraat Bank Azərbaycan" ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupuna daxil olan Bank olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur.
Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре