https://news.day.az/azerinews/1733680.html
Bakıda yaşayış binasında yanğın - İki nəfər təxliyə edildi
Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.
Bakıda yaşayış binasında yanğın - İki nəfər təxliyə edildi

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.
Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri uşaq olmaqla iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре