Reduce, Reuse, Recycle, Respect: NARGIS nəşriyyat evinin növbəti sərgisi
NARGIS nəşriyyat evi ekologiya və ətraf mühitin qorunması problemlərinə həsr olunmuş sərgini açıq elan edir.
10 iyun 2021-ci il tarixindən etibarən Bakı Dənizkənarı Bulvarında "Reduce, Reuse, Recycle, Respect" adlı sərgi vətəndaşlar üçün açıq olacaq. Sərgidə Azərbaycan heykəltəraşları tərəfindən təkrar emal edilə bilən materiallardan və sənaye tullantılarından hazırlanmış 15 ekspozisiya yer alacaq.
9 sentyabr - 5 oktyabr 2019-cu il tarixlərində Bakı Dənizkənarı Bulvarında NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmudovanın təşəbbüsü ilə təşkil edilən "Make the Earth Smile Again" sərgisi keçirilmişdir. Ekspozisiyada, təkrar emalı çətin olan materiallardan hazırlanmış 13 müəllif instalyasiyası yer alıb və sərgi qonaqlarına ətraf mühitə diqqət ilə bağlı faydalı tövsiyələri olan broşurlar təqdim olunub. Tədbirdən sonra NARGIS nəşriyyat evi, şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında tullantılardan və təkrar işlənmiş materiallardan hazırlanmış ən yaxşı instalyasiya müsabiqəsi elan etdi. 14 məktəbin iştirak etdiyi müsabiqənin münsiflər heyətinə Ülviyyə Mahmudovanın rəhbərlik etdiyi NARGIS nəşriyyat evi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri daxil idi. Müsabiqədə Bakı Avropa Liseyinin şagirdləri qalib gəldilər.
Bu ilki sərgidə 13 yeni instalyasiya, həmçinin NARGIS nəşriyyat evi tərəfindən 2019-cu ildə təqdim olunan "Dreamcatcher" instalyasiyası və müsabiqə qaliblərinin işi - "Eynşteynin Portreti" paneli yer alacaqdır. Sərginin adı - "Reduce, Reuse, Recycle, Respect" - Yaponiyadan qaynaqlanan, getdikcə populyarlaşan və ətraf mühitə diqqəti cəlb etməyə yönələn "mottainai" konsepsiyasına işarə edir. Layihənin məqsədi ətraf mühitlə bağlı ictimai maariflənməni artırmaq və insanları dünyanın gələcəyi barədə düşünməyə çağırışdır. Sərginin ideya müəllifi və təşəbbüskarı Ülviyyə Mahmudova, kuratoru Rəşad Ələkbərovdur.
Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Göyçay Rayon İcra Hakimiyyəti, Şamaxı Rayon İcra Hakimiyyəti, Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO), "Azərsu" ASC, "AzərEnerji" ASC, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) "Azercell Telekom" MMC, Azersun Holdinq, Carlsberg Azerbaijan, Baku Steel Company," SMTS" MMC, "Bakı Fond Birjası" QSC," Bakı Metropoliteni" QSC və Tekfen İnşaatın dəstəyi ilə təşkil edilmişdir.
Sərgi 1 avqust tarixinədək davam edecək. Giriş sərbəstdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре