https://news.day.az/azerinews/1377589.html
Ağstafanın həbsdə olan sabiq icra başçısı COVID-19-dan vəfat etdi - FOTO
Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib. Day.Az-a Axar.az-a istinadən məlumatına görə, o, həbsxanada koronavirusdan vəfat edib.
Ağstafanın həbsdə olan sabiq icra başçısı COVID-19-dan vəfat etdi - FOTO
Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.
Day.Az-a Axar.az-a istinadən məlumatına görə, o, həbsxanada koronavirusdan vəfat edib.
Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.
Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре