Səhiyyə Nazirliyinə əlavə səlahiyyət verilib

Səhiyyə Nazirliyinə əlavə səlahiyyət verilib.
Day.Az APA-ya istinadən bildirir ki, Nazirlər Kabineti "Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası"nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən qurumlar sırasına Səhiyyə Nazirliyi də əlavə olunub.
Beləliklə, Müdafiə, Daxili İşlər, Ədliyyə, Səhiyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре