Mehin ilk dəfə sevgilisi ilə

Müğənni və aparıcı Mehin Hümbətova ilk dəfə sevgilisi ilə fotosunu paylaşıb.

Day.Az Olay-a istinadən xəbər verir ki, ifaçı şəxsi instaqram hesabında ona ünvanlanan "Muradla çoxdan sevgi münasibətindəsiniz" sualına onunla fotosunu paylaşaraq cavab verib.

"Bir-birimizi sevdiyimizi anlamaq üçün kifayət qədər zaman keçib", - deyə, Mehin bildirib.

Müğənninin sevgilisinin üzünü gizlətməsi və ekranda Murad tərəfindən yazılan "Mən səninlə ən gözəl duyğuları yaşayıram" mesajı gözdən yayınmayıb.