Son 15 ildə Azərbaycanda 26 min eşşək "yoxa çıxıb"

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 21 min 47 baş eşşək mövcud olub.

Day.Az xəbər verir ki, yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində eşşəklərin sayı 10,1% və ya 2 min 372 baş azalıb.

Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Son 15 ildə - 2008-2022-ci illərdə Azərbaycanda eşşəklərin sayı 2 dəfədən çox azalaraq 47,2 mindən 21 min başa düşüb.

Son 15 ildə eşşəklərin sayı aşağıdakı kimi olub: Tarix Eşşəklərin sayı 1 yanvar 2008-ci il 47,2 min 1 yanvar 2009-cu il 46,4 min 1 yanvar 2010-cu il 46,0 min 1 yanvar 2011-ci il 46,1 min 1 yanvar 2012-ci il 45,9 min 1 yanvar 2013-ci il 44,3 min 1 yanvar 2014-cü il 43,4 min 1 yanvar 2015-ci il 40,0 min 1 yanvar 2016-cı il 35,8 min 1 yanvar 2017-ci il 34,1 min 1 yanvar 2018-ci il 30,9 min 1 yanvar 2019-cu il 28,0 min 1 yanvar 2020-cu il 25,8 min 1 yanvar 2021-ci il 23,4 min 1 yanvar 2022-ci il 21,1 min

Məlumat üçün bildirək ki, Azərbaycanda ən çox eşşəyin olduğu rayon Şahbuz rayonu olub - 1 712 baş. Ən az eşşəyin olduğu rayon isə Kəlbəcər rayonu olub - 1 baş.

Ötən il eşşəklərin sayında ən kəskin azalma Qazax, Ağstafa, Tovuz, Sabirabad rayonlarında qeydə alınıb. 2021-ci ilin əvvəlində Bakı şəhərində (Xəzər rayonu) qeydə alınan 3 eşşək isə bu ilin əvvəlində olmayıb.

Onu da bildirək ki, son 7 ildə Bakı şəhərində eşşəklərin sayı aşağıdakı kimi olub: 2016 2017 2018 2019 2020 2021 2022 19 13 17 8 9 3 -

Ötən il ilk dəfə olaraq Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarında eşşəklər qeydə alınıb.

Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı belə olub. Şəhər və rayonlar Eşşəklərin sayı 01.01.2022 01.01.2021 Bakı şəhəri - 3 Xızı rayonu 73 89 Abşeron rayonu 15 15 Qazax rayonu 991 1 158 Ağstafa rayonu 1 372 1 852 Tovuz rayonu 1 161 1 680 Şəmkir rayonu 1 476 1 467 Gədəbəy rayonu 358 409 Daşkəsən rayonu 267 261 Samux rayonu 825 865 Göygöl rayonu 229 236 Goranboy rayonu 574 592 Naftalan şəhəri 4 2 Zaqatala rayonu 11 11 Qax rayonu 35 36 Şəki şəhəri 422 620 Oğuz rayonu 190 209 Qəbələ rayonu 67 85 Astara rayonu 379 333 Lənkəran şəhəri 36 40 Lerik rayonu 1 572 1 556 Yardımlı rayonu 618 652 Masallı rayonu 10 12 Cəlilabad rayonu 334 546 Qusar rayonu 68 77 Xaçmaz rayonu 568 708 Quba rayonu 936 971 Şabran rayonu 134 154 Siyəzən rayonu 293 297 Göyçay rayonu 3 3 Beyləqan rayonu 205 190 Ağcabədi rayonu 135 144 Bərdə rayonu 147 138 Neftçala rayonu 164 140 Salyan rayonu 212 184 Yevlax şəhəri 63 66 Ağdaş rayonu 71 73 Zərdab rayonu 44 44 Kürdəmir rayonu 43 53 Saatlı rayonu 26 36 Sabirabad rayonu 595 965 Hacıqabul rayonu 256 374 Cəbrayıl rayonu 11 11 Füzuli rayonu 306 303 Ağdam rayonu 184 216 Tərtər rayonu 86 110 Xocavənd rayonu 2 1 Laçın rayonu 70 79 Qobustan rayonu 119 152 İsmayıllı rayonu 209 228 Ağsu rayonu 125 112 Şamaxı rayonu 349 352 Naxçıvan şəhəri 118 115 Şərur rayonu 812 835 Babək rayonu 538 524 Ordubad rayonu 530 520 Culfa rayonu 286 282 Kəngərli rayonu 470 461 Şahbuz rayonu 1 712 1 691 Sədərək rayonu 117 81 Kəlbəcər 1 - Cəbrayıl 11 - Zəngilan 17 -