Prezident Ərdoğan və Şərifin səfəri zamanı laçınlılara hansı jesti edib? – DETALLAR - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü zamanı Laçın şəhərində diqqət çəkən məqamları Rövşən Məmmədov belə şərh edib:
"Azərbaycan xalqı fəxr edir - Qarabağı işğaldan azad etdiyinə görə, düşmənin başını əzib Xocalı soyqırımında həlak olan günahsız insanların, qız - gəlinlərin, körpələrin qanını yerdə qoymadığına, qisasını aldığına görə... Azərbaycan xalqı fəxr edir - regionda yeni reallıqlar yaratdığına görə və bu reallıqları regionda min bir oyunlar quran bəlli mərkəzlərə qəbul etdirdiyinə görə... Azərbaycan xalqı fəxr edir - Qarabağı cəmi 4 il ərzində yenidən qurduğuna, yeni bir Qarabağ yaratdığına görə və Qarabağı addım - addım artıq dünyanın mühüm mərkəzlərindən, əməkdaşlıq arealından birinə çevirdiyinə görə... Bəli, bütün bunları biz, Azərbaycan xalqı edib və məhz o üzdən də biz fəxr edirik ki, Azərbaycanlıyıq. Və bütün bunları bizə yaşadan da Prezident İlham Əliyevdir. Ötən həftə Laçında yaşananlar məhz onun, Prezident İlham Əliyevin ortaya qoyduğu reallıq, məhz onun öz xalqına, ilk növbədə də laçınlılara növbəti bayram hədiyyəsi idi. Özü də may ayında...
O ayda ki, Şuşa ilə yanaşı Laçın da işğal olmuşdu. O ayda ki, bu torpağın əzəli sakinləri min bir vəhşiliklə evlərini, dədə - baba yurdunu tərk etmişdi, doğmalarını, yaxınlarını itirmişdi və 30 il Vətən həsrəti çəkmişdi. Və məhz ona görə də ötən həftə, Laçında təşkil olunan bayram konsertində 3 liderin əhatəsində əyləşib tarixi anların şahidi olanların əksəriyyəti laçınlılar idi. Prezident belə tapşırmışdı. Çünki onların bu hadisəni izləməyə daha çox haqqı vardı. Və lider bu haqqı onlara verməklə həm 30 illik niskili, kədəri az da olsa ovutmağa çalışdı, həm də dünyaya o mesajı verdi ki, beynəlxalq insan hüquqlarını da, konvensiyaları da, beynəlxalq təşkilatların boş - boş istinad etdiyi, amma əməldə barmağını belə tərpətmədiyi qalaq - qalaq qətnamələri də Azərbaycan reallaşdırır - təkbaşına. Gücü və ədaləti ilə... Və qardaş dediyi ölkələrin siyasi dəstəyi ilə.."
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре