Beynəlxalq təşkilatlar selektiv yardımla məşğul olmaq əvəzinə, hamıya kömək etməlidir - Bolqaristanlı blogger

Beynəlxalq ictimaiyyət diqqətini yalnız müəyyən ölkələrə yönəltməməlidir, onlar mina problemi ilə üzləşən hər kəsə, o cümlədən Azərbaycana kömək etməyə borcludurlar.
Bu barədə Day.Az-a müsahibəsində Bolqarıstanlı səyahət bloggeri Anna Pelova deyib.
"Əminəm ki, bu bölgənin turizm üçün böyük potensialı var. Burada ilk turistlər bizim kimi ekstremal idmanı sevən turistlər olacaq. Biz İspaniyaya, Portuqaliyaya, Fransaya uçmaqda maraqlı deyilik. Bizdə emosional iz buraxan yaxşı hekayə danışa bilən yerləri sevirik. Çünki sonda biz biganə qalmayacağıq. Bundan əlavə, Azərbaycanın çox gözəl təbiəti, xoş xasiyyəti, mehriban insanları var. Azərbaycanlılar bərpa işlərini başa vurduqda, şübhəsiz ki, nəinki turistləri, hətta beynəlxalq təşkilatların, mətbuat nümayəndələrini də cəlb etmək imkanınız olacaq ki, bu da Azərbaycanın möhtəşəm və təhlükəsiz ölkə olması faktlarının yayılmasına kömək edəcək," - deyə səyyah bildirib.
Erməni vandalizmi və mina terroru ilə bağlı sualı cavablandıran A.Pelova vurğulayıb ki, dünya buna dözməməlidir.
Blogger beynəlxalq təşkilatları və YUNESKO-nu selektiv yardımla məşğul olmamağa, bütün ölkələrə, o cümlədən Azərbaycana dəstək verməyə çağırıb:
"Beynəlxalq ictimaiyyət diqqətini yalnız müəyyən ölkələrə yönəltməməlidir, onlar mina problemi ilə üzləşən hər kəsə kömək etməyə borcludurlar. Minatəmizləmə üçün maddi yardım göstərmək və insan resursları ayırmaq lazımdır", - deyə A.Pelova bildirib.
Xatırladaq ki, oktyabrın 8-də 20-dən çox ölkədən məşhur səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Komandanın lideri dünyanın 4 ən böyük səyahət klubundan biri olan ABŞ-ın MTP (Most Traveled Peopler) klubunun yaradıcısı Çarlz Veleydir.
Xarici qonaqlar Şuşa və Ağdamda olub, Füzuli, Xocavənd və Zəngilan rayonlarına, o cümlədən Ağali "ağıllı" kəndi və Cəbrayılı ziyarət edəcəklər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре