Avtobusu idarə edərkən "TikTok"da canlı yayım açan sürücü işdən azad edilib

Avtobusu idarə edən zaman "TikTok"da canlı yayım açan sürücü işdən azad edilib.

DİN-nin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Day.Az-a bildirib ki, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman "TikTok" platformasında canlı yayım açmasına dair görüntülər yayılıb. Məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırılıb.

Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.