Holcim “USTA MƏNƏM!” müsabiqəsinin ikinci mövsümünü başlayır və Azərbaycanın ən yaxşı ustalarını bir araya gətirir

Holcim Azərbaycan şirkətinin Azad İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində fəaliyyət göstərən Peşə və Texniki Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi genişmiqyaslı təşəbbüs - "USTA MƏNƏM!" milli müsabiqəsinin ikinci mövsümü böyük uğurla start götürüb.

İlk seçim turu Xırdalanda, "Binastore" tikinti materialları mağazasının ərazisində baş tutdu. Qeydiyyat aprelin ortalarından başlayıb və artıq təxminən 300 usta iştirak üçün müraciət edib. İlkin seçim mərhələsinin qaydalarına əsasən, 30 usta real şəraitdə öz peşəkarlıqlarını nümayiş edərək finala çıxmaq uğrunda mübarizə aparmaq üçün dəvət olundu.

"USTA MƏNƏM!" müsabiqəsi ötən il keçirilmiş uğurlu təşəbbüsün davamıdır. Ölkə üzrə 1000-ə yaxın usta qeydiyyatdan keçmiş, onlardan 400-ə yaxını 14 rayonda keçirilmiş seçim mərhələsində iştirak etmişdi. Bu il iştirakçıların marağı, güclü rəqabət və müsbət ictimai rezonans təşkilatçıları layihənin coğrafiyasını genişləndirməyə təkan verdi: 2025-ci ildə müsabiqə artıq Azərbaycanın 17 regional yarışı əhatə edəcək!

Müsabiqənin tapşırıqları tək texniki bacarıqları yox, həm də dəqiqlik, sürət və peşəkar yanaşmanı göstərirdi. Ustalar kərpicdən divar hörürdülər - bütün proses ekspertlərdən ibarət münsiflər heyətinin ədalətli və ciddi nəzarəti altında aparılırdı.

"Ustalara dəstək verməyin əhəmiyyətini və bu peşəyə olan böyük marağı aydın şəkildə hiss edirik. "USTA MƏNƏM!" artıq sadə bir müsabiqə deyil - bu, sənətkarlığı ucaldan və ustalığı dəyərləndirən bir hərəkatdır. İştirakçılarla birlikdə biz ustalığın dəyərləndirildiyi, peşəkarlığın nüfuz və hörmət qazandığı yeni bir ənənənin təməlidir" - deyə Holcim Azərbaycan-ın baş direktoru Serjiu Stoikov qeyd edib.

Müsabiqə hissəsi ilə yanaşı, tədbirə gələn qonaqlar Holcim-in məhsulları, yeni Tector quru qarışıqları ilə tanış olmaq və xatirə hədiyyələri almaq imkanı əldə etdilər.

Növbəti seçim turu artıq 13 may tarixində Salyanda keçiriləcək. Qeydiyyat davam edir - *1010 nömrəsinə zəng edin və ya www.holcim.az saytına daxil olun!

Holcim Azerbaijan Holcim Group-un tərkib hissəsidir - dünyada innovativ və dayanıqlı tikinti məhsul və həllərinin lideridir. Şirkət 1949-cu ildən bölgənin aparıcı sement istehsalçısı olan Qaradağ Sement Zavodunu idarə edir və Azərbaycan tikinti sektoruna sement, quru qarışıqla və hazır beton təklif edir. 2023-cü ildə Holcim fəaliyyətini genişləndirərək Araz Vadisi İqtisadi Zonasinda terminal açdı. Holcim Cənubi Qafqazda ilk olaraq ekoloji texnologiyaları tətbiq edən və təkrar emal olunmuş materiallardan istifadə etməklə yaşıl sement və beton - ECOPlanet və ECOPact məhsullarını bazara təqdim edən sement istehsalçısıdır.