Şəkər istehlakı xərçəngə yol açır?

Həddindən artıq şəkər istehlakı, xüsusən də çəki almağa səbəb olarsa, xərçəng riskini artıra bilər. Aktiv həyat tərzi zərərləri azalda bilər.

Day.Az Milli.Az-a istinadən bildirir ki, bu barədə rusiyalı onkoloq-ginekoloq Yekaterina Timofeyeva məlumat verib.

Həddindən artıq şəkər istehlakının depressiya, 2-ci növ diabet, ateroskleroz, ürək-damar xəstəlikləri və piylənmə riskini artırdığı sübut edilib. Şəkər də dolayı yolla bir neçə növ xərçəng riskini artırır. Mütəmadi olaraq şəkərli içkilər qəbul edən və artıq çəkisi olan insanlarda xərçəngin müəyyən növlərinə tutulma riski 50%-dən çox artır.

Şirniyyatı çox yeyənlər və oturaq həyat tərzi keçirənlər xərçəngdən ehtiyatlı olmalıdırlar. Onlar piylənmənin inkişafına, xroniki iltihabın və oksidləşdirici stressin risk faktoruna (reaktiv oksigen növlərindən hüceyrə zədələnməsi) səbəb ola bilər.

"Bir qaşıq şəkərdən qorxmamalısınız. Piylənmədən qorxmalısınız. Yəni səhər bir ədəd kruasan yeyirsinizsə, eyni zamanda aktiv həyat tərzi keçirirsinizsə və kalori artıqlığınız yoxdursa, o zaman şəkərdən qorxmamalısınız", - deyə həkim yekunlaşdırıb.