YAP-ın parlamentdəki yerlərin yarıdan çoxunu qazanacağı gözlənilir

İtaliyanın "SWG SPA" tədqiqat şirkəti tərəfindən keçirilən "exit-poll"un nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının parlamentdəki yerlərin yarıdan çoxunu alacağı gözlənilir.

Day.Az xəbər verir ki, SWG-nin məlumatına görə, seçilməsi gözlənilən 125 deputatdan 63-ü Yeni Azərbaycan Partiyasını təmsil edir.

Exit-poll nəticələri ilə keçidə daxil olaraq tanış olmaq olar.