Bərdədə itkin düşən 15 yaşlı qızın meyiti tapıldı

Bərdədə yeniyetmə qızın meyiti tapılıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində aşkar edilib.

Hadisə yerinə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.