Rusiya ABŞ-dəki səfirini dəyişir

Rusiyanın ABŞ-də olan səfiri Anatoli Antonov öz missiyasını uğurla yerinə yetirdi, indi növbə digərindədir.

Day.Az rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, səfirin missiyasının başa çatması ABŞ-də gələcək seçkilərlə bağlı deyil.

Uşakov əlavə edib ki, yeni səfirin namizədliyi hazırlanır.