https://news.day.az/azerinews/1725846.html
Türkiyədə daha bir hoteldə güclü yanğın - FOTO - VIDEO
Türkiyənin Antalya şəhərinin Alanya rayonunda tikintisi gedən 12 mərtəbəli hoteldə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" məlumat yayıb. Bildirilib ki, binaya çox sayda yanğınsöndürmə briqadası göndərilib. Binada köməksiz qalan 4 işçi xilasedicilərin müdaxiləsi ilə xilas edilib.
Türkiyədə daha bir hoteldə güclü yanğın - FOTO - VIDEO

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda tikintisi gedən 12 mərtəbəli hoteldə yanğın baş verib.
"Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, binaya çox sayda yanğınsöndürmə briqadası göndərilib.
Binada köməksiz qalan 4 işçi xilasedicilərin müdaxiləsi ilə xilas edilib.
Xatırladaq ki, yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda "Grand Kartal" hotelində də yanğın baş verib. Yanğında ümumilikdə 78 nəfər həlak olub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре