https://news.day.az/azerinews/1727144.html
Bərdədə narkotik qaçaqmalçıları həbs edildilər
Bərdə rayonunda İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən şəxslər həbs ediliblər. Day.Az Milli.Az-а istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Bərdədə narkotik qaçaqmalçıları həbs edildilər

Bərdə rayonunda İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən şəxslər həbs ediliblər.
Day.Az Milli.Az-а istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Əməliyyat nəticəsində əvvəllər məhkum olunan Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. Onlardan 5 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Həmin şəxslərin narkotiki İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirərək Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре