https://news.day.az/azerinews/1735504.html
Ağcabədidə maşın hasara çırpıldı, sürücü xəsarət aldı - FOTO
Ağcabədidə qəza zamanı sürücü xəsarət alıb. Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.
Ağcabədidə maşın hasara çırpıldı, sürücü xəsarət aldı - FOTO

Ağcabədidə qəza zamanı sürücü xəsarət alıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.
Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Tağıyev Səddam Allahverən oğlu idarə etdiyi "VAZ"2106 markalı 04 BL846 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı daş hasara çırpılıb.
Nəticədə sürücü S.Tağıyev müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре