Azərbaycanlı güləşçilər U-23 Avropa çempionatında finala yüksəlib

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatına start verilib.

Day.Az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində finalçılar müəyyənləşib.

Azərbaycanın iki idmançısı - Kənan Heybətov (70 kq) və Fərid Cabbarov (79 kq) qızıl medal uğrunda mübarizə aparacaq. Heybətov finalda rusiyalı Maqomed Eltemirovla, Cabbarov isə Arsen Balayanla qarşılaşacaq.

Bundan əlavə, təsəlliverici görüşlərdə Rəhman İmanov (57 kq) Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla, Murad Haqverdiyev (65 kq) isə ukraynalı Mikita Qonçarovla üz-üzə gələcək.