Avtomobilə qaz balonu quraşdırılarkən nələrə diqqət edilməlidir? - VİDEO

Qaz dolduran avtomobildə partlayış olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün paytaxtın Qaradağ rayonunda, avtomobil yanacaqdoldurma məntəqəsində olan zaman baş verib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, paytaxtın Qaradağ rayonunda minik avtomobilinin yanar hissələri yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın söndürülüb, yaxınlıqdakı kommunikasiya xətləri mühafizə olunub.
Baş verən bu hadisə avtomobillərə quraşdırılan qaz balonlarının təhlükəsizliyi məsələsini gündəmə gətirib.
Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, xüsusilə taksi fəaliyyəti göstərən avtomobillərə sərfiyyatı az olduğu üçün sonradan qaz yanacağı avadanlığı quraşdırılır. Bu səbəbdən də belə avtomobillərdə partlayış və yanğın riski digərlərinə nisbətən dəfələrlə çox olur.
Qeyd edilib ki, qaz avadanlıqları avtomobillərə qənaət məqsədilə quruşdırılır. Onlar benzinlə işləyən maşınlara nisbətən yanacağa 50-65 faizə qədər qənaət edir.
Bəs avtomobilinə qaz avadanlığı quraşdıran sürücülər hansısa bədbəxt hadisənin baş verməməsi üçün nələrə diqqət etməlidirlər?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре