https://news.day.az/azerinews/1735599.html
Abşeronda yanğın olub
Abşeron rayonunun Novxanı kəndində yanğın olub.
Abşeronda yanğın olub

Abşeron rayonunun Novxanı kəndində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Day.Az-a bildirilib ki, ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 7 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan əşyalar, ümumi sahəsi 12 m² olan dəhlizin lambirdən ibarət tavanı 4 m² sahədə və həyətdəki "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре