Prezident İlham Əliyev: Əfsuslar olsun, COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu

Bakıda keçirilən COP29 "Bakı sıçrayışı" kimi adlandırıldı və bu da orada qalan bir irsdir.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
"Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu", - deyən dövlətimizin başçısı bunun bir sıra mərkəzlərdən gördüyümüzü bildirib. Bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan "Washington Post", "New York Times", "News Week", "Politico", "Associated Press"in, Fransanın Prezident ofisinin, "Le Figaro" və "Le Monde" qəzetlərinin olduğunu vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре