https://news.day.az/azerinews/1741902.html
Azərbaycan və AYİB arasında "yaşıl enerji" sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "yaşıl enerji" sahəsində əməkdaşlığın geniş spektrini müzakirə edib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov "X" hesabında bildirib.
Azərbaycan və AYİB arasında "yaşıl enerji" sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "yaşıl enerji" sahəsində əməkdaşlığın geniş spektrini müzakirə edib.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov "X" hesabında bildirib.
"Məşvərət Şurası çərçivəsində Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının Davamlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenterlə səmərəli görüş keçirdik.
Görüş zamanı enerji gündəliyimizin prioritetlərindən irəli gələn məsələləri və "yaşıl enerji" sahəsində əməkdaşlığın geniş spektrini müzakirə etdik", - deyə paylaşımda qeyd olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре