https://news.day.az/azerinews/1749168.html
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib - FOTO
Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və "Simurq" layihəsi gənc pianoçularının konserti keçirilib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsert proqramını izləyiblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib - FOTO

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və "Simurq" layihəsi gənc pianoçularının konserti keçirilib.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsert proqramını izləyiblər.
Bakı Kamera Orkestrinin bədii rəhbəri, BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və kollektivin baş dirijoru Əməkdar artist Fuad İbrahimovun iştirakı ilə keçirilən konsert maraqla qarşılanıb.
Proqramda tələbə və şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре