Hansı çimərliklərə getmək olmaz

Çimərlik mövsümü başlamazdan əvvəl dəniz suyundan nümunələr götürülüb. Bəzi ərazilərdə normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildiriblər.

Qurumun kommunal-gigiyena bölməsinin həkim-gigyenisti Ziyəddin Kazımov bildirib ki, yay mövsümünə hazırlıq çərçivəsində Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.