Türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil olub

Türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil olub.

Day.Az xəbər verir ki, bu barədə respublikanın mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

O qeyd edib ki, BMT-nin Dünya Turizm Təşkilatının 2025-ci ilin may ayı üçün dərc etdiyi Dünya Turizm Barometrinə görə, Türkiyə 2024-cü ildə 56,7 milyon xarici turist qəbul edərək dünyanın ən böyük turizm məkanına çevrilib.

"Türkiyə əvvəlki il ilə müqayisədə bir pillə irəliləyərək 5-ci yerdən 4-cü yerə yüksəlməklə bu sahədə davamlı artım nümayiş etdirib. Bu böyük uğur tarixi irsimizin və mədəni sərvətimizin, güclü infrastrukturumuzun və dörd mövsümü əhatə edən turizm müxtəlifliyinin səmərəli təbliğinin nəticəsidir", - nazir qeyd edib.