"Sputnik Azərbaycan" işinə görə saxlanılan iki nəfər həbs edildi

Məhkəmə "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçib.

Day.Az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar dörd ay müddətinə həbs olunublar.

xxx

17:51

Daxili İşlər Nazirliyinin (DİN) "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında ("Sputnik Azərbaycan") keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərlə bağlı məhkəmə keçirilir.

Day.Az xəbər verir ki, Xətai Rayon Məhkəməsində onların barəsində qətimkan tədbirinin seçilməsi haqqında təqdimatlara baxılır.

xxx

17:15

Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində saxlanılan "Sputnik"in Bakı filialının icraçı direktoru İqor Kartavıxın və şef redaktoru Yevgeni Belousovun məhkəmələri keçiriləcək.

Trend-in məlumatına görə, təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Xəbər yenilənəcək