https://news.day.az/azerinews/1783170.html Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? – AÇIQLAMA Havaların soyuması ilə birlikdə əhali arasında tənəffüs yolları infeksiyalarının sayı artır. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bir çox insan burun axması, boğaz ağrısı və öskürəklə qarşılaşdıqda, bunun soyuqdəymə, yoxsa qrip olduğunu ayırd edə bilmir.

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? – AÇIQLAMA

Azərbaycanca, 26 сентября 2025 02:15 (UTC +04:00) 444
Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar?

Havaların soyuması ilə birlikdə əhali arasında tənəffüs yolları infeksiyalarının sayı artır.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bir çox insan burun axması, boğaz ağrısı və öskürəklə qarşılaşdıqda, bunun soyuqdəymə, yoxsa qrip olduğunu ayırd edə bilmir. Halbuki bu iki vəziyyətin simptomları oxşar görünsə də, fərqli yanaşma və müalicə tələb edir.

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev bildirib ki, soyuqdəymə adətən yüngül keçir və orqanizmin öz müqaviməti ilə qısa müddətdə sağalır. Qrip isə daha ciddi virus infeksiyasıdır və bəzi hallarda ağırlaşmalara səbəb ola bilər:

"Soyuqdəymə əsasən burun axması, boğazda qıcıqlanma və yüngül öskürəklə özünü göstərir. Qızdırma nadir hallarda müşahidə olunur və əlamətlər mərhələli şəkildə ortaya çıxır. Qrip isə qəfil yüksək hərarət, baş və əzələ ağrıları, güclü zəiflik və quru öskürəklə başlayır", - deyə həkim izah edir.

Həkim qeyd edib ki, qrip zamanı halsızlıq və iştahsızlıq daha ağır keçir, bu səbəbdən simptomlar başladıqda həkimə müraciət etmək və ehtiyac varsa, antiviral müalicəyə başlamaq vacibdir.

Mütəxəssis xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar və uşaqlar üçün qripin ciddi fəsadlar törədə biləcəyini xatırladaraq, qrip əleyhinə peyvəndlənmənin və immun sisteminin gücləndirilməsinin önəmini qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости