Sabahın hava PROQNOZU

Azərbaycanda sentybarın 27-də yağışlı hava şəraiti gözlənilir.
Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq edib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +14 dərəcədən +16 dərəcəyədək, gündüz +16 dərəcədən +19 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +12 dərəcədən +16 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək, dağlarda gecə +3 dərəcədən +6 dərəcəyədək, gündüz +6 dərəcədən +9 dərəcəyədək olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре