https://news.day.az/azerinews/1786395.html Azərbaycanın yunan-Roma güləşi üzrə millisi III MDB Oyunlarını 6 medalla başa vurub Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb. Day.Az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycanın 6 təmsilçisi fəxri kürsüyə yüksəlib.

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi III MDB Oyunlarını 6 medalla başa vurub

Azərbaycanca, 7 октября 2025 19:57 (UTC +04:00) 443
Azərbaycanın yunan-Roma güləşi üzrə millisi III MDB Oyunlarını 6 medalla başa vurub

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.

Day.Az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycanın 6 təmsilçisi fəxri kürsüyə yüksəlib.

Bunlardan Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) və İslam Sultanov (71 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) və Nicat Yeylaqaliyev (80 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Oyunları 6 medalla başa vurub.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости